satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb

Ötən gün Tbilisidə keçirilən mitinq zamanı 34 nəfər saxlanılıb, 12 polis yaralanıb

Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində dekabrın 2-də keçirilən mitinq zamanı hüquq-mühafizə orqanları 34 nəfəri saxlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyindən “İnterpress-News” Agentliyinə verilən məlumata görə, onlara qanunvericiliyə əsasən inzibati xətalar üzrə ittiham irəli sürülüb.

Bundan əlavə, agentlik qeyd edir ki, dünənki aksiya zamanı 12 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Saxlanılan şəxslər müxtəlif müvəqqəti saxlama izolyatorlarına köçürülüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM