satellite   Azerspace-1: 11135 H 30000

Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir

Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir

Suriya ordusu terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalına əlavə qüvvələr göndərir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

"Suriya qoşunları müdafiə xəttini möhkəmləndirirlər. Həmin ərazilərdə terror qruplaşmalarının mövqelərinə qarşı əks-hücuma hazırlıq çərçivəsində Həma vilayətinin şimalındakı ön cəbhə xəttinə əlavə qüvvələr göndərirlər", - agentlik yazıb.

Məlumata görə, Həma vilayətinin şimal-qərbində Suriya hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM