satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Rusiyaya neft emalı zavodunun yenidən qurulmasında iştirak üçün müraciət edib

Pakistan Rusiyaya neft emalı zavodunun yenidən qurulmasında iştirak üçün müraciət edib

Pakistan Rusiyaya neft emalı zavodunun (NEZ) yenidən qurulmasında iştirak üçün müraciət edib.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya-Pakistan Hökumətlərarası Komissiyasının növbəti iclasının yekunları ilə bağlı danışan iki ölkənin energetika nazirləri bildiriblər.

"Neft təchizatını həyata keçiririk. NEZ-in yenidən qurulmasında iştirakı müzakirə etdik. Rusiya şirkətlərinin Pakistan ərazisində neft və qaz sahəsində iştirakının digər imkanlarını nəzərdən keçiririk", - Rusiyanın energetika naziri Sergey Tsivilyev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, tərəflər dəmir yolu daşımaları üçün "Şimal-Cənub" dəhlizindən istifadə imkanını, həmçinin İslamabadla Moskva arasında birbaşa uçuşların təşkili perspektivini nəzərdən keçiriblər.

Öz növbəsində Pakistanın energetika naziri Avays Leqari bildirib ki, ölkəsi üçün əlavə neft emalı imkanlarının yaradılması lazımdır: “Pakistan Rusiyadan investisiyaların cəlb edilməsində maraqlıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM