Böyük Britaniya XİN: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır

Böyük Britaniya XİN: Ukrayna NATO-nun hərbi yardımlarından 99 faiz asılıdır

Ukrayna ehtiyacı olduğu hərbi yardımın 99 faizini NATO-ya üzv ölkələrdən alır.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemminin Britaniya XİN tərəfindən yayımlanan bəyanatında deyilir. Nazir alyansa üzv ölkələrin Kiyevə yardımlarını davam etdirməli olduğunu da bildirib.

Bəyanatda, həmçinin Böyük Britaniyanın hərbi xərcləri ÜDM-in 2,5 faizinə çatdırmaq niyyətində olduğu vurğulanır. Londonun bu məqsədə nə vaxt çatmağı planlaşdırdığını deməyən nazir, NATO tərəfdaşlarını Birləşmiş Krallıqdan nümunə götürməyə çağırıb.

Bu ərəfədə Polşa və NATO Varşavanın sərəncamında olan MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı intensiv danışıqlar aparır. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə bildirib.

 

Xəbər lenti
Sabah Culfada qaz olmayacaq

19:54 04.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM