satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Almaniyada ifrat sağçılıq fəaliyyətlərinə görə 62 hərbçi xaric edilib

Ötən il Almaniyada ifrat sağçılıq fəaliyyətlərinə görə 62 hərbçi xaric edilib

İfrat sağçılıq fəaliyyətlərinə görə 2023-cü ildə Almaniya ordusundan 62 nəfər xaric edilib.

Naxçıvan televiziyası “Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin ordudakı radikal sağçılıq fəaliyyətlə bağlı sorğuya cavabında qeyd olunub.

Nazirliyin məlumatında bildirilib ki, ordudan xaric edilən hərbi qulluqçuların 41-i əsgər, 11 nəfəri gizir heyətindən, 10-u isə zabit olub. Ötən il ordu sıralarına qatılmaq istəyən 94 nəfərin müraciəti “konstitusiyaya sadiqlik məsələsində şübhə” yaratması səbəbindən qəbul edilməyib.

Hərbi Kəşfiyyat Xidmətinin (MAD) radikal sağçılıq şübhəsi ilə apardığı araşdırmalar nəticəsində 33 nəfər “narıncı” kateqoriyada dəyərləndirilib. Konstitusiyaya sadiqlik məsələsində barələrində şübhələrin təsdiqləndiyi şəxslər “narıncı” kateqoriyaya aid edilir. Orduda xidmət edən altı nəfər isə açıq şəkildə radikal fəaliyyətlərə aid “qırmızı” kateqoriyaya daxil edilib. “Narıncı” və “qırmızı” kateqoriyaya daxil edilən hərbçilərin 10-u ordudan uzaqlaşdırılıb, 20 nəfər barəsində isə müvafiq tədbirlər görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM