Sent-Cons şəhərindən Halifaksa daxili reys həyata keçirən Kanadanın “Pal Airlines” sərnişin təyyarəsi “Halifax Stanfield” hava limanına sərt eniş edib. Enərkən qanadı uçuş-eniş zolağına dəyən təyyarə alovlanıb.
NUHÇIXAN xəbər verir ki, hava limanının məlumatına görə, hadisə yerli vaxtla saat 21:30-da baş verib. İlkin ehtimallara görə, hadisəyə təyyarənin şassisində baş verən nasazlıq səbəb olub. Qəza nəticəsində heç kimin xəsarət almadığı bildirilir.
Qəzadan sonra hava limanı bir müddət bağlanıb və problemlər aradan qaldırıldıqdan sonra fəaliyyətini bərpa edib.