satellite   Azerspace-1: 11135 H 30000

İrəvandakı duman səbəbindən bir neçə təyyarə başqa şəhərlərdə eniş edib

İrəvandakı duman səbəbindən bir neçə təyyarə başqa şəhərlərdə eniş edib

Ermənistanın paytaxtı İrəvana yerinə yetirilən bir neçə reys duman və görmə məsafəsinin zəif olması səbəbindən başqa hava limanlarına yönəldilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”a "Zvartnots" hava limanının mətbuat katibi Lusine Moqrovyan bildirib.

Xüsusilə, Tümendən gələn təyyarə (“Utair”) Mineralnıye Vodıda, Nijni Novqorod reysini (“Red Wings”) yerinə yetirən təyyarə isə Tbilisidə eniş edib.

“Armenian Airlines”ın təyyarəsi bir neçə dövrə vurduqdan sonra Gümrüdə eniş edib.

Bundan başqa, havanın yaxşılaşmasını gözləyən Şarm əl-Şeyx (“Air Cairo”), Larnaka (“Wizzair”), Əbu-Dabi (“Wizzair”) , Dubay (“Fly Dubai”) və Şarjadan (“Air Arabia”) gələn reyslər İrəvan səmasında dövrə vurmağa davam edir.

12:06

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM