satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

ABŞ-nin 39-cu sabiq prezidenti vəfat edib

ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM