satellite   Azerspace-1: 11135 H 30000

Fransalı siyasətçi ölkəni Aİ-dən çıxmağa çağırıb

Fransalı siyasətçi ölkəni Aİ-dən çıxmağa çağırıb

Fransalı siyasətçi Florian Filippo Avropa İttifaqı (Aİ) məhkəməsinin ölkənin qanunsuz miqrantların ailələrinə müavinətlərin ödəməsini tələb edən qərarından sonra bu təşkilatdan çıxmağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçi məhkəmənin qərarına əsasən, əcnəbi vətəndaşların ailə müavinətləri almaq üçün uşaqlarının müntəzəm olaraq Fransaya gəldiyini sübut etmək məcburiyyətində olmayacağı ilə bağlı KİV-də yazılanları qeyd edib.

“Aİ məhkəməsi Fransanı qanunsuz miqrantların ailələrinə müavinətlər ödəməyə məcbur edir. Amma onların Fransada olmasının özü qeyri-qanunidir... Xatırladaq ki, bu hüquq bütün milli hüquqlarımızdan, o cümlədən Fransa Konstitusiyasından yüksəkdir. Bu dəlixanadan nə vaxt çıxacağıq?! “Frexit” (Fransanın Aİ-dən çıxmasını nəzərdə tutur - red.) bu çılğınlığı dayandırmaq və nəzarəti bərpa etmək üçün yeganə çıxış yoludur!”

O, həmçinin yaranmış vəziyyəti pisləyən, lakin Fransanı Aİ-dən çıxmağa çağırmayan siyasətçilərə etibar etməməyə çağırıb və onları “ikiüzlü” adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM