satellite   Azerspace-1: 11135 H 30000

Efiopiyada yol qəzası baş verib, 71 nəfər ölüb

Efiopiyada yol qəzası baş verib, 71 nəfər ölüb

Efiopiyanın Sidama ştatında sərnişin daşıyan yük maşınının çaya düşməsi nəticəsində 71 nəfər ölüb.

Naxçıvan televiziyası “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Efiopiya regional kommunikasiya bürosunun bəyanatında bildirilib.

Məlumata görə, hadisə Sidama ştatında, ölkənin paytaxtı Əddis-Əbəbədən təxminən 300 km cənubda baş verib.

Bildirilib ki, 68 kişi və 3 qadın həlak olub. Beş nəfərin vəziyyəti ağırdır.

Qeyd olunub ki, qəza zamanı yük maşınında olan sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM