satellite   Azerspace-1: 11135 H 30000

Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib

Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib

Biz müstəqilliyi yalnız onun üçün qazanmadıq ki, postsovet ölkələri suverenliyimizi şübhə altına alsınlar.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili Skandinaviya və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Gürcüstanda yeni parlament seçkiləri keçirilməsi ilə bağlı verdikləri birgə bəyanata cavab olaraq deyib.

O qeyd edib ki, bəyanatın müəllifləri arasında Estoniya və Litvanın nümayəndələri var, bu şəxslər seçki kampaniyasına müxalifətin tərəfdarı olaraq qatılıblar.

“Görünür, onlar bu seçkiləri də uduzublar və indi gürcü xalqının seçimini xarici təsir vasitələri ilə dəyişməyə çalışırlar”, - deyə Ş.Papuaşvili əlavə edib.

O, həmçinin Gürcüstanın suverenliyini heç bir şəkildə təhdid altına qoymağa icazə verməyəcəklərini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM