satellite   Azerspace-1: 11135 H 30000

Britaniya Yaxın Şərqdəki yardım proqramlarına 76 milyon dollar göndərəcək

Britaniya Yaxın Şərqdəki yardım proqramlarına 76 milyon dollar göndərəcək

Böyük Britaniya hökuməti Asiya, Afrika və Yaxın Şərqdəki yardım proqramlarına əlavə olaraq 61 milyon funt-sterlinq (76 milyon dollar) ayıracaq.

Naxçıvan televiziyası-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Dünyada biz çıxılmaz humanitar vəziyyətin şahidi oluruq. İqlim dəyişikliyi, münaqişə və ifrat yoxsulluq ən həssas insanların əzabını artırır. Böyük Britaniya digər ölkələrə ötürülən humanitar yardımın həcmini artırmaq üçün tərəfdaşlarımızla işləyir", - nazirlik rəhbərinin müavini Anneleyz Dodds bildirib.

O, bu addımların "qlobal sabitliyə qarşı təhlükə ilə mübarizə aparmağa" və pisləşən miqrasiya böhranı ilə mübarizə aparmağa kömək edəcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM