satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: Bu il FETÖ-yə qarşı 4 902, İŞİD-ə qarşı 1 399 əməliyyat icra etdik

Ərdoğan: Bu il FETÖ-yə qarşı 4 902, İŞİD-ə qarşı 1 399 əməliyyat icra etdik

2024-cü ildə Türkiyə FETÖ-yə qarşı 4 902, İŞİD terror təşkilatına qarşı 1 399 əməliyyat keçirib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilin yekunları ilə bağlı sosial şəbəkə hesablarında paylaşımında qeyd edib.

Prezident vurğulayıb ki, Türkiyə terrorun maliyyələşdirilməsinə qarşı yönəlmiş əməliyyatlarda 76 milyon 506 min lirə ələ keçirib.

Ərdoğan əlavə edib ki, Türkiyədə Kahramanmaraş zəlzələsindən təsirlənən 11 vilayətdə 201 min 688 yaşayış və iş yerinin tikintisi tamamlanıb.

Prezident paylaşımında Türkiyəyə qanunsuz girişlərin qarşısını almaq üçün İranla sərhəddə 552 kilometrlik xəndək qazıldığını da vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM