İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində humanitar zonada Fələstinin HƏMAS radikal hərəkatının səhra komandirini hava zərbəsi ilə öldürüb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Terrorçu Xan-Yunisdəki humanitar zonadakı sığınacaqdan əməliyyatlara rəhbərlik edirmiş.
Qeyd olunub ki, zərərsizləşdirilən Abd əl-Hadi Sabah, 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrailə hücum edən silahlı yaraqlılara rəhbərlik edən yüksək rütbəli radikallardan biri olub.
İsrail ordusu bildirib ki, 7 oktyabr hücumunda iştirak edən bütün terrorçulara qarşı fəaliyyətini davam etdirəcək.
