satellite   Azerspace-1: 11135 H 30000

Ötən il ABŞ-də polis azı 1 251 nəfəri öldürüb

Ötən il ABŞ-də polis azı 1 251 nəfəri öldürüb

2024-cü ildə ABŞ-də polis tərəfindən azı 1 251 nəfər öldürülüb.

Bu barədə Naxçıvan televiziyası polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.

Belə ki, ötən il yalnız 13 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülmüş insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idisə, 2024-cü ildə bu, 30 %-ə yüksəlib. Beləliklə, son 10 ildə ən çox polis qətlləri hadisələri 2024-cü ilin payına düşüb.

2013-2023-cü illər arasında polis tərəfindən törədilmiş qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2024-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM