satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş katibi Nyu-Orleandakı terror aktını qətiyyətlə pisləyib

BMT Baş katibi Nyu-Orleandakı terror aktını qətiyyətlə pisləyib

BMT-nin Baş katibi Antoniu Quterriş Luiziana ştatının Nyu-Orleans şəhərində azı 15 nəfərin həyatına son qoyan terror aktını qətiyyətlə pisləyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin mətbuat xidmətinin məlumatında bildirilib.

“Baş katib Yeni il bayramını qeyd edən izdihama avtomobillə hücum edərək azı 15 nəfərin ölümünə və 30 nəfərin yaralanmasına səbəb olan Nyu-Orlean hücumunu kəskin şəkildə pisləyir”, – məlumatda qeyd olunub.

Quterriş həmçinin həlak olanların ailələrinə və yaxınlarına, Luiziana ştatının iqtidarına və sakinlərinə, ABŞ vətəndaşlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını diləyib.

Xatırladaq ki, Yeni il gecəsi yerli vaxtla səhər saat 3 radələrində Nyu-Orleanın mərkəzində yük maşını piyadaların üstünə sürülüb. Avtomobil dayandıqdan sonra cinayətkar polis əməkdaşlarına atəş açıb və cavab atəşi ilə öldürülüb. Son məlumatlara görə, 15 nəfər həlak olub, azı 30 nəfər xəsarət alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) baş verənləri terror aktı kimi qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM