satellite   Azerspace-1: 11135 H 30000

Gələn həftədən Suriyaya beynəlxalq uçuşlar bərpa edilir

Gələn həftədən Suriyaya beynəlxalq uçuşlar bərpa edilir

Yanvarın 7-dən etibarən Dəməşq aeroportuna beynəlxalq uçuşlar bərpa ediləcək.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya Agentliyindən rəsmi Sana agentliyinə bildirilib. Qeyd edilib ki, Dəməşq və Hələb aeroportlarında beynəlxalq reysləri qəbul etmək üçün müvafiq şərait yaradılıb. Hazırda hər 2 aeroport yalnız daxili reysləri və humanitar yük gətirən hava gəmilərini qəbul edərək yola salır. Artıq bir neçə xarici aviaşirkət uçuşların bərpası üçün müraciət edib.

Qeyd edək ki, ölkədaxili münaqişəyə görə təxminən 12 ildir Suriyaya beynəlxalq uçuşlar dayandırılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM