satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Hakan Fidan iordaniyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman əl-Safadi ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İordaniya və Türkiyə regionda sabitlik və təhlükəsizliyin bərqərar olması üçün birlikdə fəaliyyət göstərir.

H.Fidan bildirib ki, Türkiyə, İordaniya, Suriya və region ölkələri İŞİD və Kürdüstan Fəhlə Partiyasına qarşı birgə mübarizə məsələlərini müzakirə etmək niyyətindədir.

Əl-Safadinin sözlərinə görə, Türkiyənin təhlükəsizliyinə təhdid yaradan hər şey regionun da təhlükəsizliyinə təhdiddir.

"3+3" formatında keçirilən görüşdə iki ölkənin diplomatiya rəhbərləri ilə yanaşı, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, İordaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yusuf əl-Huneyti və İordaniyanın Baş Kəşfiyyat Təşkilatının direktoru Əhməd Husni də iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM