satellite   Azerspace-1: 11135 H 30000

Polşa XİN başçısı: Tezliklə Avropaya Moskva ilə sövdələşmə bağlamaq üçün güclü təzyiq göstərilə bilər

Polşa XİN başçısı: Tezliklə Avropaya Moskva ilə sövdələşmə bağlamaq üçün güclü təzyiq göstərilə bilər

Avropa tezliklə güclü təzyiq altına düşə bilər. Bu təzyiqin məqsədi Moskva ilə sövdələşməyə nail olmaq olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski sosial şəbəkədə yazıb.

“Tezliklə Moskva ilə razılaşmaya nail olmaq məqsədilə bizə güclü təzyiq göstərilə bilər. Lakin ağıllı Avropa hansı sövdələşməyə razı ola bilər? Sözsüz, Moskvaya bərpa olmağa imkan verəcək sadə sövdələşməyə yox”, – Sikorski vurğulayıb.

O qeyd edib ki, Avropa Rusiya liderlərinin düşündüyündən daha güclü, Rusiya isə bir çox avropalıların düşündüyündən daha zəifdir.

XİN başçısı diqqətə çatdırıb ki, Ukrayna sülhə layiqdir, lakin “bu ədalətli şərtlərlə sülh olmalıdır, təslim olmaq yox”.

“Biz dəstəyimizə sərt vaxt məhdudiyyətləri qoymamalıyıq: bu Rusiyanı döyüş əməliyyatlarını davam etdirməyə sövq edəcək. Bunun əvəzində biz gələcək danışıqlarda Kiyevin mövqeyini yaxşılaşdırmaq üçün mümkün olan hər şeyi etməliyik”, – diplomat əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM