satellite   Azerspace-1: 11135 H 30000

Zəlzələdən sonra turistlərin Comolunqmaya girişi qadağan edilib

Zəlzələdən sonra turistlərin Comolunqmaya girişi qadağan edilib

Çinin hakimiyyət orqanları ölkənin cənub-qərbindəki Tibet Muxtariyyətində baş verən zəlzələ ilə bağlı dünyanın ən hündür dağı olan Comolunqmanın (Everest) istirahət zonasına turistlərin girişinə müvəqqəti qadağa qoyub.

Naxçıvan televiziyası Sinxua agentliyinə istinadla xəbər verir ki, burada Tinqri bələdiyyəsinin ərazisində yerləşən dağ kurortundan söhbət gedir. Zəlzələ nəticəsində kurort zonasında yerləşən hotellərə və ətraf infrastruktura ziyan dəyməyib.

Çin və Nepalın sərhədində yerləşən Comolunqma zirvəsinin hündürlüyü 8 min 848 metrə çatır. Rəsmi məlumata görə, 2024-cü ildə Çin tərəfindən zirvənin ətəyində yerləşən istirahət zonasını əvvəlki illə müqayisədə iki dəfə çox - təxminən 13,7 min turist ziyarət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM