satellite   Azerspace-1: 11135 H 30000

İslandiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərib

İslandiya Ukraynaya 30 milyon dollarlıq hərbi yardım göstərib

İslandiya Ukraynaya müdafiə ehtiyacları üçün 30 milyon dollar yardım edib.

Naxçıvan televiziyası xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa islandiyalı həmkarı Torqerdyur Katrin Qunnarsdottirlə birgə mətbuat konfransında bildirib.

"Bu günə qədər İslandiyanın Ukrayna tərəfinə məhz müdafiə ehtiyacları üçün göstərdiyi yardımın həcmi 30 milyon dollar təşkil edir", - Sibiqa qeyd edib.

İslandiya XİN başçısı ilə hərbi istehsalın artırılması imkanlarını müzakirə etdiyini deyən ukraynalı nazir təfərrüatları açıqlamayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM