satellite   Azerspace-1: 11135 H 30000

Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib

Kaliforniyada meşə yanğınları səbəbindən 30 min nəfər təxliyə edilib

Kaliforniyanın Los Anceles şəhərində meşə yanğını nəticəsində 30 min nəfər təxliyə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Los-Anceles Yanğınsöndürmə İdarəsi məlumat verib.

Rəsmilər güclənən küləyin yanğını daha da artıra biləcəyi barədə xəbərdarlıq edib.

Bildirilib ki, yanğın təxminən 3000 hektara çatıb.

Yanğın saatlar ərzində 200 hektar ərazini əhatə edib və 10,000-dən çox ev üçün təhlükə yaradıb. Səlahiyyətlilər ərazidən 30 minə yaxın sakinin təxliyəsi barədə göstəriş verib.

Los-Anceles Yanğın Departamentinin kapitanı Erik Skottun sözlərinə görə, axşam saatlarında alov qonşu Malibuya yayılıb və bir neçə nəfər yanıq xəsarətləri ilə müalicə olunur. Ağır kəllə-beyin travması alan yanğınsöndürən isə xəstəxanaya aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM