satellite   Azerspace-1: 11135 H 30000

İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb

İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb

İranın xarici işlər naziri Abbas Əraqçi vaxt çatışmazlığından Nyu-Yorka səfər etməyəcək.

Naxçıvan televiziyası “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, A.Əraqçi Nyu-Yorka gələn həftə səfər etməliydi:

"BMT-də Fələstin, o cümlədən Qəzza zolağında vəziyyət müzakirə olunacaq. Ancaq regionda və Fələstində baş verənlərə görə bu səfər baş tutmayacaq”.

Qeyd edək ki, Əlcəzairin sədrliyi ilə xarici işlər nazirlər səviyyəsində Yaxın Şərq, o cümlədən Fələstindəki məsələlər müzakirə olunacaq. Həmin görüşə İran tərəfi də dəvət olunmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM