Kiyevdə nazir müavininə qarşı sui-qəsdin qarşısı alınıb

Kiyevdə nazir müavininə qarşı sui-qəsdin qarşısı alınıb

Ukrayna paytaxtı Kiyevdə ölkənin səhiyyə nazirinin birinci müavini Sergey Dubrova qarşı sui-qəsd hazırlayan kişi və qadın ifşa edilib. Onlar silah almaq istəyərkən saxlanılıblar.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.

Ukrayna Milli Polisinin məlumatına görə, saxlanılanlar Kiyev vilayətinin sakinləridir. Onlar bir neçə ay ərzində Dubrovun gündəlik rejimini və hərəkətlərini izləyiblər. O cümlədən eyni yaşayış kompleksində mənzil kirayələyib, diqqət cəlb etməmək üçün mütəmadi olaraq nəqliyyat vasitələrini dəyişdiriblər, həmçinin tirdə məşq ediblər.

Saxlanılanlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi (Qəsdən adam öldürməyə hazırlıq) ilə ittiham irəli sürülüb. Onları 15 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM