satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda qaz tankerinin partlaması nəticəsində altı nəfər ölüb, onlarla yaralı var

Pakistanda qaz tankerinin partlaması nəticəsində altı nəfər ölüb, onlarla yaralı var

Pakistanın cənubundakı Multan şəhərində qazla dolu tankerin partlaması nəticəsində azı altı nəfər ölüb, onlarla insan yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, həlak olanlar arasında azyaşlı da var. Xilasedicilərin sözlərinə görə, hadisə qaz sızması səbəbindən alovlanıb. Yanğın yaxınlıqdakı bir çox evləri bürüyüb.

Pakistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları faciəvi insidentdə 31 nəfərin yaralandığını təsdiqləyib. Xilasetmə orqanları bildiriblər ki, yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur. Multan şəhərinin polis zabiti Sadiq Əli yanğın zamanı bir neçə evin dağıldığını və mal-qaranın tələf olduğunu bildirib.

Xilasedicilər təhlükəsizliyin təmin edilməsi məqsədilə ətraf ərazilərdə axtarış işlərinə başlayıb, ehtiyat tədbiri olaraq ərazidə elektrik enerjisinin və qazın verilməsi dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM