Ağ Evin yeni aparat rəhbəri Stiven Miller Prezident Donald Trampı İranla müharibəni dayandırmağa çağırıb.
NTV xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Miller namizədliyi irəli sürülərkən bu mövqeyi ifadə edib.
Qeyd edək ki, Miller bundan əvvəl Ağ Ev aparat rəhbərinin müavini vəzifəsində çalışıb və dəfələrlə Trampın İrana qarşı siyasətini açıq şəkildə dəstəkləyib.
