satellite   Azerspace-1: 11135 H 30000

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

Trampı öldürməklə hədələyən qanunsuz immiqrant Ağ Evin yaxınlığında saxlanılıb

ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.

NTV xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Daxili Təhlükəsizlik Departamentinə istinadla məlumat yayıb.

Hadisə noyabrın 5-də axşam saatlarında baş verib. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Konstitusiya prospektində avtomobilində olarkən saxlayıblar.

Agentlər avtomobilə yaxınlaşanda kişi beynindəki səslərin ona Vaşinqtona gedib Amerika Prezidentini öldürməyi əmr etdiyini bildirib.

Telekanalın məlumatına görə, avtomobildə odlu silah və sursat da aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM