satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də avtomobil azarkeş kütləsinə çırpılıb

ABŞ-də avtomobil azarkeş kütləsinə çırpılıb

ABŞ-də avtomobil Milli Futbol Liqası (NFL) təmsilçisi "Filadelfiya İqlz"ın azarkeş kütləsinə çırpılıb.

Naxçıvan televiziyası-ın NBC10-a istinadən məlumatına görə, hadisə azarkeşlərin komandalarının Milli Futbol Konfransının (NFC) finalında "Vaşinqton Kommanders" üzərində qələbəsini (55:23) qeyd edərkən baş verib.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 30 nəfərə yaxın şəxs xəsarət alıb.

Polisdən verilən açıqlamada şübhəli şəxsin saxlanıldığı, lakin onun şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM