satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Ordu şəhəri 1301 dondurma növü ilə Ginnesin Rekordlar Kitabına düşüb - FOTOLAR

Türkiyənin Ordu şəhəri 1301 dondurma növü ilə Ginnesin Rekordlar Kitabına düşüb<font color=red> - FOTOLAR</font> Türkiyənin Ordu şəhəri 1301 dondurma növü ilə Ginnesin Rekordlar Kitabına düşüb<font color=red> - FOTOLAR</font>

Türkiyənin Ordu vilayətindən olan dondurma istehsalçısı 1301 növ şirniyyat hazırlayaraq yeni dünya rekordu vurub.

Naxçıvan televiziyası xəbər verir ki, Cəlal Karaaslanın komandası Ginnesin Rekordlar Kitabının nümayəndələrinin mühakiməsinə balıqdan istifadə edilən məhsullar da daxil olmaqla yüzlərlə növ dondurma təqdim edib.

Rekord 18 gün ərzində müxtəlif növ dondurmalardan ibarət 125 metrlik stolun hazırlandığı Çambaşı dağ-xizək kurortunda qeydə alınıb.

Kitab üçün məlumat toplayan “Guinness World Records” şirkətinin nümayəndələri dondurmanın bütün növlərini şəxsən dadıblar.

“Hakim” Şeyda Subaşı Gemici yeni dünya rekordunun tanındığını elan edib.

Bu, Ginnesin Rekordlar Kitabı nümayəndələrinin əvvəllər 1001 növ dondurma istehsal edildiyi Əbu-Dabidə müəyyən etdiyi rekordun təzələnməsi deməkdir.

Daha sonra istehsal edilən bütün şirniyyatlar Türkiyə vilayətinin sakinlərinə və qonaqlarına paylanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM