satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə hoteldə 79 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub

Türkiyədə hoteldə 79 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

Naxçıvan televiziyası “Haber7”ə istinadən xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.

Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək ətrafa yayılıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM