satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş katibi ABŞ-nin xarici yardımı dayandırmasından narahatlığını ifadə edib

BMT Baş katibi ABŞ-nin xarici yardımı dayandırmasından narahatlığını ifadə edib

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-nin xarici yardımı dayandırmaq qərarından narahatlığını ifadə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib ABŞ tərəfindən xarici yardımın dayandırılması barədə elanı narahatlıqla qeyd edir. O, həyatı və yaşayış vasitələri bu dəstəkdən asılı olan dünyanın ən həssas icmaları üçün mühüm inkişaf və humanitar fəaliyyət proqramlarının davam etdirilməsini təmin etmək üçün əlavə istisnalara baxılmasına çağırır”, – o bildirib.

Quterreş inkişaf etməkdə olan ölkələrdə ən çətin çağırışlarla üzləşən insanlara həyati əhəmiyyətli yardımın göstərilməsinin davam etdirilməsi üçün yeni ABŞ administrasiyası ilə əməkdaşlığa ümid etdiyini bildirib.

“ABŞ ən böyük yardım təchizatçılarından biri olaraq qalır və strateji irəliləyişi birlikdə formalaşdıraraq konstruktiv şəkildə işləməyimiz çox vacibdir”, – Düjarrik vurğulayıb.

Xatırladaq ki, ötən həftə “Politico” qəzeti ABŞ dövlət katibi Marko Rubionun, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dərhal dayandırmaq barədə sərəncam verdiyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM