satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada aviabiletlərə qiymət həddi tətbiq etmək niyyətindədirlər

Rusiyada aviabiletlərə qiymət həddi tətbiq etmək niyyətindədirlər

2025-ci ilin sentyabrınadək bütün Rusiya aviadaşıyıcıları öz tarif siyasətlərini əsaslandıran daxili sənəd təqdim etməli olacaqlar.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Federal Antiinhisar Xidməti (FAS) və Rusiyanın Nəqliyyat Nazirliyi aviaşirkətlərə kommersiya siyasətlərinin əsas müddəalarının formalaşdırılması üzrə tövsiyələrlə birgə məktub göndəriblər.

İki daşıyıcı artıq cavab verib ki, iqtisadi cəhətdən əsaslandırılmış tarifdən aşağı olan aviabiletlərin payı azı 60 faiz, maksimal tarif üzrə biletlərin payı isə 2,5 faizdən az olacaq.

Bununla belə, aviabiletlərin qiymət həddi hələlik bu kommersiya siyasətləri ilə normativ olaraq məhdudlaşdırılmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM