Hindistanda dini mərasimdə qəza baş verib.
Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 50-dən çox şəxsin yaralandığı bildirilir.
Qəza Uttar Pradeş əyalətində dini mərasim üçün quraşdırılan taxta konstruksiyanın insanların üzərinə aşması nəticəsində qeydə alınıb.
Hindistan rəsmilərinin məlumatına görə hadisənin qəsdən törədilməsi faktı istisna olunmur.
- 12:14 28.01.2025
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
