ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib.
“Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib.
Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”.
Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər.