satellite   Azerspace-1: 11135 H 30000

BMT: Koqnoda döyüşlərdə 700 nəfər öldürülüb

BMT: Koqnoda döyüşlərdə 700 nəfər öldürülüb

Konqo Demokratik Respublikasının (KDR) şərqində yerləşən Qoma şəhərində (Şimali Kivu əyalətinin paytaxtı) hökumət qüvvələri ilə üsyançılar arasında gedən döyüşlərdə azı 700 sakin həlak olub, daha 2,8 min nəfər yaralanıb.

Naxçıvan televiziyası AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı və onun tərəfdaşları Konqo hökuməti ilə birlikdə yanvarın 26-dan 30-a kimi qiymətləndirmə aparıb və müəyyən edib ki, 700 nəfər ölüb, 2 800 nəfər yaralanıb”, - məlumatda deyilir.

Dujarrik əlavə edib ki, bu rəqəmlər arta bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM