satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: Kipr məsələsinin ədalətli həlli yalnız real vəziyyət əsasında tapıla bilər

Türkiyə XİN: Kipr məsələsinin ədalətli həlli yalnız real vəziyyət əsasında tapıla bilər

Kipr məsələsinin ədalətli, davamlı və uzunmüddətli həlli yalnız real vəziyyət əsasında tapıla bilər. BMT Təhlükəsizlik Şurasını (TŞ) Kiprin türk xalqının təbii haqqı olan suveren bərabərlik və bərabərhüquqlu beynəlxalq statusunu tanımağa, onların bu haqlarını rəsmən təsdiq etməyə çağırırıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin BMT-nin Kipr adasındakı Müvəqqəti Qüvvələrinin mandatının daha bir il uzadılması haqqında qərarı ilə bağlı bəyanatında bildirilib.

Türkiyə XİN Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyinin bu qərarla bağlı verdiyi açıqlamasını dəstəklədiyini bildirib.

Nazirlik bəyanatında sülhməramlı missiyanın vəzifə müddəti uzadılarkən, BMT-nin mövcud normalara zidd olaraq, bu dəfə də Kiprin türk tərəfinin razılığının alınmadığını qeyd edib.

Nazirlik BMT sülhməramlılarının ŞKTC torpaqlarındakı fəaliyyətinin yalnız Şimali Kipr hökumətinin yaxşı niyyət və razılığı əsasında həyata keçirilə biləcəyini xatırladaraq bu fəaliyyətin davamlılığı baxımından ən qısa vaxt ərzində hüquqi bir əsasın yaradılmasının vacibliyini vurğulayıb.

“ŞKTC tərəfinin bu çərçivədə atacağı addımlara tam dəstək verəcəyimizi qeyd edirik. Digər tərəfdən, BMT TŞ-nın sülhməramlı missiyasının vəzifə müddətinin uzadılmasına dair builki qərarda artıq vaxtı keçmiş və günümüz şərtlərinə uyğun olmayan həll modellərinə hələ də istinad edilməsini məyusluqla qarşılayırıq”, - deyə Türkiyə XİN bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM