satellite   Azerspace-1: 11135 H 30000

Belarus Ordusu hərbi təlimlərə başlayır

Belarus Ordusu hərbi təlimlərə başlayır

Belarusda Ordunun döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi təlimlərə başlanılır.

Naxçıvan televiziyası BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi manevrlər çərçivəsində zərbə xarakterli pilotsuz aviasiya kompklekslərinin quru qoşunları ilə birlikdə döyüş tapşırıqlarını yerinə yetirmə qabiliyyəti, eləcə də radioelektron mübarizə vasitələrinin fəaliyyəti təftiş olunacaq.

Eyni zamanda müxtəlif tapşırıqlar vasitəsilə mexanikləşdirlmiş hərbi hissə və birləşmələrin, silah-sursat və hərbi texnikanın qarşıya qoyulan vəzifələrin icrasındakı bacarıq və səriştəsi də nəzərdən keçiriləcək.

Təlimlərə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko rəhbərlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM