satellite   Azerspace-1: 11135 H 30000

Aİ ölkələrinə müdafiə sahəsində istehsal həcmlərinin artırılması təklif edilib

Aİ ölkələrinə müdafiə sahəsində istehsal həcmlərinin artırılması təklif edilib

Almaniya kansleri Olaf Şolts Avropada təhlükəsizlik və müdafiənin gücləndirilməsi, həmçinin birgə satınalma prosesinin təkmilləşdirilməsinin tərəfdarıdır.

Naxçıvan televiziyası xəbər verir ki, o, bunu Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin Brüsseldə keçirilən qeyri-rəsmi sammitinə gələrkən bildirib.

"Birincisi, bu təhlükəsizlik və müdafiədir. Biz onları gücləndirməliyik”, – kansler qeyd edib.

O, həmçinin deyib ki, Avropaya müdafiə sənayesi ilə bağlı konkret sazişlər lazımdır.

"Rəqabət qaydaları vasitəsilə nəzarət olmadan belə daha sıx əməkdaşlıq təmin edilməlidir. Biz birgə satınalma prosesini təkmilləşdirməli, həmçinin ardıcıl və irimiqyaslı birgə istehsalı təmin etməliyik. Bu, həm lazım gəldikdə, istehsal həcmlərinin artırılması imkanının əlçatan olması, həm də hər şeyə yenidən başlamamağımız üçün vacibdir", - Almaniya hökumətinin başçısı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM