satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatı Suriyada yeni əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb

Türkiyə kəşfiyyatı Suriyada yeni əməliyyat keçirib, PKK-nın rəhbərlərindən biri öldürülüb

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

Naxçıvan televiziyası "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.

Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.

Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə ümumilikdə 550-ə yaxın adam ölüb.

O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM