satellite   Azerspace-1: 11135 H 30000

Meksika ABŞ ilə sərhədə qoşun göndərir

Meksika ABŞ ilə sərhədə qoşun göndərir

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, - Prezident bildirib.

Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.

Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM