satellite   Azerspace-1: 11135 H 30000

Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb

Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM