KİV: USAID-in maliyyəsindən məhrum olan təşkilatlar Ermənistan hökumətindən kompensasiya tələb edəcəklər

KİV: USAID-in maliyyəsindən məhrum olan təşkilatlar Ermənistan hökumətindən kompensasiya tələb edəcəklər

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasından sonra Ermənistanda bəzi təşkilatlar üzləşdikləri itkilərə görə ölkə hökumətindən kompensasiya tələb etmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Nəşr bu təşkilatların maliyyələşdirilməsinin yaxın gələcəkdə bərpa olunmayacağını istisna etməyib və belə olan halda hakimiyyət ayrı-ayrı qeyri-hökumət təşkilatlarının maliyyə problemlərinin həllini öz üzərinə götürə bilər.

Qəzetin məlumatına görə, USAID ofislərinin bağlanması ilə bağlı qərar illərdir Amerika proqramlarından istifadə edən erməni fəallar arasında panikaya səbəb olub. Panika hakimiyyət dairələrini də əhatə edib, çünki onlar başa düşürlər ki, indi xarici dəstəkdən məhrum olanlar üçün maliyyə mənbəyi rolunu özləri oynamalıdırlar.

2024-cü ilin sentyabrında Ermənistan hökuməti USAID-in xətti ilə ölkəyə ayrılan maliyyə vəsaitinin həcminin 250 milyon dollara qədər artırılmasını təsdiqləyib. Ermənistan və ABŞ arasında 2022-ci il iyunun 29-da imzalanmış qrant sazişinə əsasən, bu məbləğ 120 milyon dollar təşkil edib.

Daha əvvəl USAID-in Vaşinqtonda yerləşən mənzil-qərargahının ABŞ administrasiyasının qərarı ilə bağlandığı bildirilmişdi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM