satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

Paşinyan: Ermənistan və Türkiyə heç vaxt indi olduğu kimi aktiv dialoqda olmayıb

İrəvan və Ankara daimi əlaqə saxlayır, əlaqələr üçün heç bir maneə yoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində iştirak etdiyi Atlantik Şurasında çıxışı zamanı bildirib.

"Əslində Türkiyə ilə əlaqələr üçün heç bir maneə yoxdur və biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz daim görüşür və söhbət edirlər, nümayəndələrimiz də daimi əlaqədədir, biz çox fəal işləyirik, nə etmək lazım olduğu barədə ümumi anlayış var", - o qeyd edib.

O, həmçinin əlavə edib ki, real nəticələr əldə etmək üçün müəyyən yekun addımlar atılmalıdır: "Ümid edirik ki, nəticə çox tezliklə olacaq... Biz bu dialoqu davam etdiririk və etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi fəal dialoqda olmayıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM