satellite   Azerspace-1: 11135 H 30000

İsrail Ordusu bir sutka ərzində Livandan çıxacaq

İsrail Ordusu bir sutka ərzində Livandan çıxacaq

İsrail Ordusu yaxın 24 saat ərzində qoşunlarını Livanın cənubundan çıxarmaq niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Ynet” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, qoşunlar atəşkəs razılaşması çərçivəsində çıxarılacaqlar.

Eyni zamanda, İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" silahlılarının fəaliyyətini bərpa etməsinin qarşısını almaq üçün qeyri-müəyyən müddətə beş strateji mövqedə mövcudluğunu saxlamaq niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM