satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: ABŞ Prezidentinin xüsusi nümayəndəsi yaxın günlərdə Ukraynaya səfər edəcək

Zelenski: ABŞ Prezidentinin xüsusi nümayəndəsi yaxın günlərdə Ukraynaya səfər edəcək

ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq fevralın 20-22-də Kiyevə səfər edəcək.

Naxçıvan televiziyası Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski BƏƏ-də keçirdiyi mətbuat konfransında bildirib.

O, K.Kelloqla danışıqlar aparacağını deyib. Həmçinin xüsusi nümayəndənin Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski və müdafiə naziri Rüstəm Umerovla görüşləri planlaşdırılır.

"Düşünürəm ki, onun keçirdiyi görüşlərdən və Birləşmiş Ştatlara qayıtdıqdan sonra mənim ABŞ Prezidenti Donald Trampla görüşümün nə vaxt olacağını biləcəyik", - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM