Zelenski Ankarada Ukraynanın yeni səfirlik binasının açılışında iştirak edib

Zelenski Ankarada Ukraynanın yeni səfirlik binasının açılışında iştirak edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada ölkəsinin yeni səfirlik binasının açılış mərasimində iştirak edib.

NUHÇIXAN Türkiyə KİV-ə istinadən xəbər verir ki, mərasimdə Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya da iştirak edib.

V.Zelenski diplomatik missiyaya yeni səfir Nariman Cəlalın rəhbərlik edəcəyini elan edib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə gəlmək mənim üçün şərəfdir. Bu, nümayəndə heyətimizin belə sınaq anlarında vacib, rəsmi səfəridir", - V.Zelenski açılış mərasimində bildirib.

Ukrayna Prezidenti vurğulayıb ki, bu gün Türkiyə dövlət başçısı ilə keçiriləcək görüşdə danışıqların əsas mövzusu Rusiya ilə Ukrayna arasında müharibə, xüsusilə əsirlərin mübadiləsi, ərzaq təhlükəsizliyi və ərazi bütövlüyü məsələləri olacaq. Onun sözlərinə görə, Ukrayna müharibənin bitməsini istəyir, lakin bu, təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır.

"Biz bu zəmanətləri ABŞ, Avropa İttifaqı və Türkiyə daxil olmaqla bütün Qərbdən gözləyirik", - V.Zelenski vurğulayıb.

O əlavə edib ki, bu məsələlər Ərdoğanla müzakirə olunacaq.

KİV-in məlumatına görə, mərasimdən dərhal sonra Zelenski Ərdoğanla görüşmək üçün prezident kompleksinə yollanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM