Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşündə iki ölkənin liderləri Vladimir Putin və Donald Trampın mümkün görüş tarixi ilə bağlı bəzi müzakirələr aparılacaq.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu gün keçirilən danışıqların nəticələrinə əsasən bəzi təxminlər ola bilər, lakin biz bunu dialoq başa çatdıqdan sonra öyrənəcəyik", - o qeyd edib.
Xatırladaq ki, danışıqlarda Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ komandasına isə dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff, milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts və xüsusi elçi Stiv Uitkoff daxildir.