satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib

Lavrov: Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib

Rusiya və ABŞ səfirlərin tezliklə təyin edilməsi barədə razılığa gəlib.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, RF və ABŞ iki ölkənin diplomatik missiyalarının fəaliyyəti ilə bağlı məsələləri birdəfəlik həll etmək barədə demək olar ki, razılığa gəlib.

Xatırladaq ki, bu gün ABŞ-nin Dövlət katibi Marko Rubio Ər-Riyadda aparılan danışıqların sonunda bildirib ki, təmasları davam etdirmək üçün diplomatik nümayəndəliklərin aktiv fəaliyyətinə ehtiyac olacaq. Tərəflər Moskva və Vaşinqtondakı səfirliklərin ştatını bərpa etmək barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM