satellite   Azerspace-1: 11135 H 30000

Şolts Avropa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr aparmağın tez olduğunu düşünür

Şolts Avropa hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr aparmağın tez olduğunu düşünür

Almaniya kansleri Olaf Şolts hesab edir ki, Avropa qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi ilə bağlı müzakirələr tezdir.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Kanslerin bu məsələ ilə bağlı mövqeyi kifayət qədər aydındır. O, dəfələrlə bildirib ki, bu müzakirəni vaxtından əvvəl hesab edir”, - Ş.Hebeştrayt vurğulayıb.

Nazirlər Kabinetinin nümayəndəsinin fikrincə, əvvəlcə sülh sazişi əldə olunmalı, sonra mümkün olanlar araşdırılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM