satellite   Azerspace-1: 11135 H 30000

Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Şalva Papuaşvili: Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmək istəmir

Baltikyanı ölkələr Gürcüstanın suveren siyasət yürütməsini qəbul etmir və ondan Rusiyaya qarşı açıq mövqe nümayiş etdirməyi tələb edirlər.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Spiker Baltikyanı ölkələrin Gürcüstana qarşı sanksiyalarını tənqid edib. O, Estoniya, Latviya və Litvanın rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etməsini “əsassız” adlandırıb və bunun Gürcüstan hökumətinə təzyiq məqsədi daşıdığını bildirib.

Ş.Papuaşvili qeyd edib ki, Gürcüstanın NATO və beynəlxalq təhlükəsizlik məsələlərinə verdiyi töhfə Baltikyanı ölkələrdən qat-qat çox olub, lakin buna baxmayaraq, rəsmi Tbilisi haqsız tənqidlərə məruz qalır.

"Həqiqi dostluq qarşılıqsız olur, amma Baltikyanı ölkələr hesablanmış dostluq nümayiş etdirir”,- parlament sədri vurğulayıb.

Ş.Papuaşvili əlavə edib ki, Gürcüstanın stabilliyini və sülh siyasətini dəstəkləmək əvəzinə, bəzi Qərb ölkələri hökumətə təzyiq göstərmək üçün demokratiya məsələsini bəhanə kimi istifadə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM